
Modern.az saytı xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının növbəti iclası keçirilib.
Modern.az saytı xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının növbəti iclası keçirilib.İclasda 2013/2014-cü tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunub. Şura üzvləri hazırlıq prosesini məqbul hesab ediblər.
ADİU-nun rektoru, professor Ədalət Muradov imtahanların şəffaf keçirilməsi məqsədi ilə prorektorların universitetin aryı-ayrı korpuslarına təhkim olunması haqda göstəriş verib.
Rektor yay sesiyasında şəffaflığın təmin edilməsi məqsədi ilə universitetdə yaradılan “Qaynar xətt”in səmərəliliyinin daha da artırılması üçün məlumat xarakterli bukletlərin hazırlandığını bildirib.
İclasda həmçinin 2013/2014-cü tədris ilində ADİU-da keyfiyyətli idarəetmə sisteminin tətbiqi haqqında qərar qəbul edilib.
Rektor keyfiyyətli idarəetmə sisteminin təşkili ilə bağlı orta müddətli inkişaf strategiyasının ürərində iş aparıldığını bildirib. Ə.Muradov sənəd layihəsinin sentyabr ayına qədər hazır olacağını əlavə edib.
Tədbir cari məsələlərin müzakirəsi ilə davam etdirilib.
Elmi Şura üzvləri “Sabah” qruplarının və “Sabah” mərkəzinin yaradılması haqqında, eyni zamanda hüquq şöbəsinin əsasnaməsini də qəbul ediblər.
Daha sonra “Universitet əməkdaşlarına və təhsil alanlarına birdəfəlik maddi yardım verilməsi haqqında əsasnamə” təsdiqlənib. Layihənin məqsədi müəllim və tələbələrin sosial təminatının yaxşılaşdırılmasıdır.
İclasda həmçinin “İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti”nin nizamnaməsi də qəbul edilib. Yeni yaradılacaq cəmiyyətin vəzifəsi ali təhsil müəssisəndə təhsil alan imkansız tələbələrə yardımların göstərilməsi, qocalar və kimsəsiz uşaqlar evinə tələbələr tərəfindən könüllü yardımların edilməsi, eyni zamanda xəstələrə və yardıma ehtiyacı olanlara kömək göstərmək olacaq.
Rektor universitet daxilində “Ağsaqqallar şurası”nın yaradılması təklifi ilə çıxış edib. Şura üzvləri təklifi dəstəkləyiblər.
İclasda həmçinin Ə.Muradov fakültə elmi şuralarında müəllim və tələbələrin etik davranış qaydalarını müzakirəyə çıxarılması üçün göstəriş verib. Rektor auditoriyalarda mobil telefonlardan istifadənin qadağan olunacağını da bildirib.
Mayın 23-də ADİU-da keçirilən “Məzun-2014” ümumrespublika yarmarkasının təşklinin səviyyəsini qənaətbəxş hesab edən rektor gələcəkdə yarmarkanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Modern.az