Modern.az

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Təhsil

30 May 2014, 12:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.

Mayın 31-də bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. Hava gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 23-25 dərəcə isti olacaq.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı