Modern.az

Aqil Abbas qanun layihəsində səhv tapdı

Aqil Abbas qanun layihəsində səhv tapdı

Təhsil

30 May 2014, 13:54

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Aqil Abbas həmkarı Əli Hüseynliyə qanundakı 12-ci maddəsin bir-birini təkzib edən cümlələrin olduğunu bildirib.
““Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan vətəndaşı hesab edilmir”, “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyninin vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır”. İndi biz bunu necə başa düşək?”-deyə Aqil Abbas sual edib.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı