Modern.az

AMEA-da mərhum Rəhim Hüseynovun yerinə təyinat oldu

 AMEA-da mərhum Rəhim Hüseynovun yerinə təyinat oldu

Təhsil

18 İyul 2014, 14:49

Azərbaycan Milli  Elmlər Akademiyasında yay məzuniyyətindən qabaq son təyinat həyata keçirilib. Təyinat akademiyanın İnnovasiyalar şöbəsində baş tutub. Qeyd edək ki, şöbənin keçmiş müdiri İqtisadiyyat və Sənaye Nazirliyinin sabiq departament rəhbəri Rəhim Hüseynov dünyasını dəyişdiyindən  postun rəhbərliyində boşluq yaranmışdı.
AMEA Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynovun Modern.az-a verdiyi məlumata görə, mərhum Rəhim Hüseynovun yerinə AMEA əməkdaşı  Vüqar Babayev şöbəyə rəhbər təyin edilib.


Mərhum Rəhim Hüseynov

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı