Modern.az

Habil Əliyev nəhayət ki, səhhətindən özü DANIŞDI

Habil Əliyev nəhayət ki, səhhətindən özü DANIŞDI

Təhsil

30 İyul 2014, 16:56

Uzun müddət idi ki, tənəffüs problemindən əziyyət çəkən və ev şəraitində müalicə alan xalq artisti Habil Əliyev uzun zamandan sonra səhhəti haqqında danışıb. Modern.az-ın telefon zənginə cavab verən 87 yaşlı kaman ustası səhhətində razı qaldığını bildirib:

“İndi yaxşıyam ,amma inanıram ki, gələcəkdə daha yaxşı olacağam. Yeriməyə gələndə isə yavaş-yavaş yeriyirəm. Hərdən ayaqlarım sözümə baxmır. Amma düzələr”.

Qeyd edək ki, sənətkar uzun müddət idi ki, hərəkət və ünsiyyət qurmaqda problem yaşayırdı.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!