Modern.az

Həkim: “Hər keçən an özünü yandıran qadının əleyhinə işləyir”

Həkim: “Hər keçən an özünü yandıran qadının əleyhinə işləyir”

Təhsil

16 Avqust 2014, 09:57


“Jalə Salahovanın vəziyyəti daha da ağırlaşıb. Hazırda intoksikasiya (zəhərlənmə) dövrünü yaşayır”. Bu barədə Modern.az-a Respublika Yanıq Mərkəzinin həkimi Şöhrət Məmmədov məlumat verdi. Həkim xəstənin həyati təhlükəsinin hər keçən an artdığını vurğulayır. “Yüngülləşmə müşahidə olunmur, getdikcə daha da ağırlaşır. Yoldaşı Elçin Salahov isə yaxşıdır”.

Qeyd edək ki, Sumqayıt şəhər sakinləri Elçin Salahov və Jalə Salhova evlərinin sökülməsinə qarşı prezident administirasiyası qarşısında üstlərinə benzin tökərək yandırmışdılar. Onların azyaşlı qızları var.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...