Modern.az

ABŞ polisi daha bir qaradərilini öldürdü

ABŞ polisi daha bir qaradərilini öldürdü

Təhsil

20 Avqust 2014, 09:09


ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərinin Sent Luis bölgəsində polis daha bir qaradərili gənci öldürüb. Modern.az saytı xarici mətbuata istinadən xəbər ki, iki polis əməkdaşı onlara bıçaqla hücum edən qaradərili şəxsə atəş açaraq qətlə yetiriblər. Polis şefi Sam Dotson jurnalistlərə açıqlamasında bildirib ki, ölən şəxsin 23 yaşı olub.

Polis məmurunun sözlərinə görə öldürülən qaradərili şəxs küçədə ictimai asayişi pozan davranışlar sərgiləyib.

Sam Doston qeyd edib ki, polislər həmin şəxsdən dəfələrlə bıçağı yerə atmasını tələb etsələr də, qara irqin nümayəndəsi buna məhəl qoymayıb. “Həmin adam isə “məni vur, məni öldür” deyə səslənib.

Qeyd edək ki, bir neçə gün öncə də Ferqyuson şəhərində polis 18 yaşlı silahsız qaradərili Maykl Brounu atəş açaraq öldürmüşdü. Bu səbəbdən neçə gündür ki, adıçəkilən şəhərdə etiraz əkaməti olaraq aksiyalar keçirilir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı