Modern.az

Sabah “Qarabağ” “Tvente” ilə qarşılaşacaq

Sabah “Qarabağ” “Tvente” ilə qarşılaşacaq

Təhsil

20 Avqust 2014, 10:35


Sabah UEFA Avropa Liqasının “play-off” mərhələsi çərçivəsində “Qarabağ” – “Tvente” oyunu baş tutacaq. Modern.az-ın məlumatına görə, saat 21:00-da başlayacaq qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Manuel Qrafe, köməkçiləri isə Holger Henşel, Kristian Gittelmann və Guido Vinkmann olacaq.

Matçın UEFA nümayəndəsi Dimitri Bokeria (Gürcüstan), hakim-inspektoru isə danimarkalı Jorn Vest Larsen olacaq.

Qeyd edək ki, artıq oyunöncəsi mətbuat konfranslarının vaxtı da müəyyənləşib. Bu gün saat 19:00-da “Qarabağ” ın baş məşqçisi Qurban Qurbanov, 21:00-da isə “Tvente”nin baş məşqçisi Alfred Şreyder mətbuat nümayəndələrinin önünə çıxacaq.   

Rüfanə GÜNƏŞ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı