Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu avqustun 29-da başa çatacaq.
Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.
Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında müsahibə keçiriləcək.
Misranə Həsənzadə