Modern.az

Nazirlik əlilləri istirahətə göndərdi

Nazirlik əlilləri istirahətə göndərdi

Təhsil

25 Avqust 2014, 10:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 81 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə yola salınıb.  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, istirahət müddətində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil edilib.

Qeyd edək ki, ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda nəzərdə tutulan əlilliyi olan şəxslərin istirahətinin təşkili işləri uğurla həyata keçirilib. Proqrama əsasən, cari ilin yaz-yay mövsümündə 1062 nəfər bu kateqoriyadan olan şəxs ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətə göndərilib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı