Xarici İşlər Naziri və “Ədalət və inkişaf” partiyasının (AKP) sədrliyinə namizəd Əhməd Davudoğlunun anası haqqında dayısının həyat yoldaşı gözyaşları içində danışıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Davudoğlunun 4 yaşı olanda vəfat edən anası haqqında, dayısının həyat yoldaşı Gülümsər Türkalp danışıb. Belə ki, 76 yaşındakı Gülümsər Türkalp nazirin anası Meymunə Davudoğlunun cəmi iki fofoşəkili var:
“Konyanın Daşkənd mahalında o zamanlar asanlıqla fotoşəkil çəkdirmək mümkün olmurdu. Ona görə, rəhmətliyin cəmi iki fotoşəkili var. Birini Adanada bayramda çəkdirmişdik. O fotoşəklini oğluna verdim. Meymunə xanım mənim əmim qızı idi. Biz bir-birimizə bacı kimi olmuşuq. Digəri isə bu əlimdəki fotoşəkildir”.Türkalp həmçinin, Meymunə Davudoğlunun vəfatından da danışıb: “Meymunə hamilə idi. Baldızıyla xəstəxanaya getmişdilər. Mən də gecə onun yanına getdim. Səhərə yaxın vəfat etdi. O oğlunu çox sevirdi. Təəssüf ki, onun bu günlərini görə bilmədi”.
Rüfanə GÜNƏŞ