Modern.az

Rusiya ordusu Ukraynaya girdi

Rusiya ordusu Ukraynaya girdi

Təhsil

25 Avqust 2014, 11:45


Avqustun 25-də Ukrayna ərazisinə daxil olan Rusiya ordu dəstələri Novoazovskda atəş açmağa başlayaraq Mariupola tərəf irəliləməyə başlayıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu haqda Donetsk sərhəd bölməsinin 9937 saylı hərbi hissəsinin hərbçisi məlumat yayıb: “Biz Rusiya hərbçilərinin sərhədi keçdiyini müşahidə etmişik. Kolonda tanklar, BTR və “KaMAZ”lar irəliləyirdi. Onlar Şerbak və Markono kəndləri arasındakı ərazidə yerləşiblər.

Bir neçə tank isə Roza Lüksemburq qəsəbəsinə tərəf irəliləyir”.

Rusiya ordusunun artıq Ukrayna ərazisində 4-5 kilometr irəlilədiyi də bildirilir.


Modern.az 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı