Modern.az

Həftə ərzində isti hava şəraiti olacaq

Həftə ərzində isti hava şəraiti olacaq

Təhsil

25 Avqust 2014, 13:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 30-na kimi Bakı və Abşeron yarımadasında gündüz temperatur 31-38 dərəcə isti olacaq.

Avqustun 30-dan sonra isə hava tədricən sərinləşəcək, temperatur enəcək.

Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 26-da havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti təşkil edəcək.

Avqustun 26-da Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək, şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti proqnozlaşdırılır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı