Modern.az

Arxeoloqlar Qəbələdə 5000 yaşı olan kurqan aşkarlayıb

Arxeoloqlar Qəbələdə 5000 yaşı olan kurqan aşkarlayıb

Təhsil

25 Avqust 2014, 14:36


Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə  Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası layihəsi əsasında Qəbələdə geniş arxeoloji qazıntılar aşkar edilib.

Modern.az-a institutdan verilən məlumata görə, verilən məlumata görə layihə çərçivəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası Səlbir yaşayış yerində, həmçinin, ekspedisiyanın Cənubi Koreyalı mütəxəssisləri tərəfindən Dızaxlı kəndi ərazisində  4500-5000 il yaşı olan kurqanın aşkarlayıb və hazırda onun  arxeoloji tədqiqi ilə məşğuldurlar.

Qeyd edək ki, Qəbələ ərazisində geniş miqyaslı arxeoloji tədqiqatlar  SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə aparılmaqdadır.   

Tədqiqat qrupu   bundan əvvəl isə Qəbələdə yeddi ədəd 2000 yaşı olan qəbirlər aşkarlayıb.     

Elmin Nuri

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı