Modern.az

Sumqayıtın deputatı seçiciləri ilə görüşdü

Sumqayıtın deputatı seçiciləri ilə görüşdü

Təhsil

25 Avqust 2014, 15:46

 

42 saylı Sumqayıt ikinci seçki dairəsindən seçilmiş millət vəkili tarixçi alim, professor Musa Qasımlı Sumqayıtda seçiciləri ilə görüşüb. Modern.az xəbər verir ki, 3 və 6 mikrorayonlarda bir qrup seçici ilə görüşən millət vəkili onları düşündürən məsələlər ətrafında maraqlı müzakirələr aparıb. Seçicilər millət vəkilinin onlarla müntəzəm olaraq əlaqə saxlamasından, görüşlərindən, şəhərdə görülən işlərdən razılıqlarını bildiriblər.

Qeyd edək ki, Milli  Məclisin payız sessiyası ərəfəsində millət vəkillərinin bir çoxu seçicilərinə baş çəkərək onları düşündürən məsələləri öyrənirlər.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı