“İslam Dövlət” (keçmiş İraq Şam İslam Dövləti – İŞİD) daha bir jurnalistin başını kəsib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD amerikalı jurnalist Stivin Sottlopun başını kəsəcəyini elan etməklə ABŞ-a mesaj göndərib.
Jurnalistin yanında əlində bıçaqla dayanan İŞİD-çi Ağ Ev rəhbəri Barak Obamaya səslənib:
“Sənin raketlərin bizim insanları bombardman etdikcə, biz də sənin adamlarının boğazını kəsəcəyik”.
Qeyd edək ki, adıçəkilən jurnalistin 2013-cü ilin avqustunda Suriyada itkin düşməsi bildirilir.
İŞİD bundan əvvəl də amerikalı jurnalist Ceyms Foleyin başının kəsilməsini əks etdirən kadrlar yaymışdı. ABŞ hökuməti faktı təsdiqləmişdi.
Modern.az