“Azərbaycanda “Ebola” virusunun yayılması təhlükəsi yoxdur. Sərhəddə həyata keçirilən təhlükəsizlik tədbirləri yarana biləcək təhlükənin qarşısını almaqdan ötrüdür. Nəzarətin gücləndirilməsi “Ebola” virusu xəstəliyinə qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin ölkəmizə keçməsinin qarşısının alınması məqsədi daşıyır. Nəzarətin gücləndirilməsinin virusun Azərbaycanda yayılması ilə əlaqəsi yoxdur”. Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan “Ebola” virusunun qurbanlarının sayı 1069 nəfərə çatıb. Son açıqlamalara əsasən, ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir.
Gülşən RAUFQIZI