
Bakının Sabunçu rayonunda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı APA-ya istinadən xəbər vertir ki, qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.
Məlumata görə, ölənlərin hamısı VAZ-2106” markalı avtomobildə olublar. “Mercedes”in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Modern.az