Modern.az

Dövlət Komitəsi iki rayonda məktəbli formalarını satışdan çıxarıb

Dövlət Komitəsi iki rayonda məktəbli formalarını satışdan çıxarıb

Təhsil

3 Sentyabr 2014, 11:04

“Məktəbli formalarına nəzarəti Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti həyata keçirir. Bu, tədris ili açılana qədər də davam edəcək”.
Bunu Modern.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. O, satışda olan keyfiyyətsiz məktəbli formalarına nəzarət məsələsini şərh edərkən qeyd edib ki, Qaradağ və Nizami rayonlarında yerləşən topdansatış mərkəzlərində keyfiyyəti və təhlükəsizliyi təsdiq olunmuş müəssisələrin loqolarından istifadə olunaraq saxta və təhlükəsizliyi təsdiq olunmayan məktəbli formalarının satışı aşkar olunaraq satışdan çıxarılıb.

Komitə rəsmisinin sözlərinə görə, sözügedən ünvanda neqativ hal ikinci dəfə təkrarlanarsa, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə sanksiyası tətbiq olunaraq inzibati qərar qəbul ediləcək.

F. Talıblı bildirib ki, məktəbli formalarının istehsalını həyata keçirən və məhsullarının keyfiyyəti standartın tələblərinə uyğunluğu təsdiq edilən iki müəssisə - “Bakı Tikiş Evi” və “Bakı Tekstil Fabriki” fəaliyyət göstərir. “Valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, uyğunluq sertifikatı ilə təmin edilmiş və məhsullarının keyfiyyəti yoxlanılmış həmin müəssisələrin istehsal etdiyi məktəbli formalarını alsınlar”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı