Modern.az

Azərbaycanda 21 gün öncə oğurlanmış uşaq tapılıb

Azərbaycanda 21 gün öncə oğurlanmış uşaq tapılıb

Təhsil

3 Sentyabr 2014, 11:30

Sumqayıtda oğurlanan körpə Bakıda tapılıb. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 13-də oğurlanan 2 aylıq körpə ötən gün tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin birgə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan körpə, 2014-cü il iyunun 6-da anadan olan Aylin Rasim qızı Əhmədli Binəqədi rayonu, 6-cı mikrorayon, ev 4a, mənzil 120-də tapılıb. Uşağı oğurlamaqda şübhəli bilinən 1968-ci il təvəllüdlü Xırda Əli qızı Babayeva saxlanılıb.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı