Modern.az saytı xəbər verir ki Fərmanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında 2014-cü il avqustun 30-da Bali şəhərində imzalanmış Fəaliyyət Planının təsdiq edilməsi qərara alınıb.
Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Fəaliyyət Planının müddəalarının həyata keçirilməsini təmin etsin.
Modern.az