Modern.az

Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək

Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək

Təhsil

21 Oktyabr 2014, 13:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi arabir güclənəcək. Yaxın 2-3 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti müşahidə ediləcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə çiskin müşahidə ediləcək. Lənkəran-Astara bölgəsində yağış ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı