Oktyabrın 20-də saat 20 radələrində Beyləqan şəhərində şəhər sakini İlkin Zülfüqarov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerliləri İltima Məmmədovanı və onun bacısı Elzanı vurub. Daxili İşlər Nazirliyinin məlumatına görə, İ.Məmmədova hadisə yerində ölüb, Elza xəstəxanaya yerləşdirilib. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Modern.az