Modern.az

Politoloq: “Parisdə Azərbaycanın böyük sülh sazişi ilə bağlı təkliflər irəli sürəcəyi gözlənilir”

Politoloq: “Parisdə Azərbaycanın böyük sülh sazişi ilə bağlı təkliflər irəli sürəcəyi gözlənilir”

Təhsil

23 Oktyabr 2014, 09:54


“Dağlıq Qarabağ münaqişəsi üzərindəki inhisar hələ də Rusiyaya məxsusdur. Qarabağ probleminin həllində Rusiyanın sözü daha keçərlidir”.

Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonu şərh edərkən deyib. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçiriləcək görüşünün perspektivləri barədə söz açıb. Onun sözlərinə görə, Parisdə aparılacaq sülh danışıqları barədə pozitiv proqnozlar vermək olmaz:

“Ona görə ki, Rusiya münaqişə tərəfi olan Ermənistana nə deyəcəksə, o da buna əməl edəcək. Paris görüşü ərəfəsində erməni tərəfi özünü tamamilə qeyri-konstruktiv aparır. Dağlıq Qarabağdakı separatçı rejimin “prezidenti” Bako Saakyan Minsk qrupu həmsədr ölkələrinin rəhbərlərini Dağlıq Qarabağa çağırıb. Onlar bununla görüş qabağı mühiti gərginləşdirməyə çalışırlar”.

Politoloq deyib ki, Rusiyanın Ermənistanın təxribatlarına qarşı susqunluq nümayiş etdirməsi başqa təzadlara yol açır. Onun fikrincə, bu baxımdan, Paris danışıqları sülhyaratma prosesi mənasında ciddi rol oynamayacaq: “Çünki Ermənistan da buna hazır olmadığını nümayiş etdirir.   Bununla belə, politoloq Parisdə Azərbaycanın böyük sülh sazişi ilə bağlı təkliflər irəli sürəcəyi qənaətindədir: “Lakin bunun Ermənistan və Minsk qrupunun həmsədr dövlətləri tərəfindən necə qarşılanacağı haqda bir şey demək çətindir”.

Oktyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan rəhbəri Serj Sərkisyanla Parisdə görüşü gözlənilir.   Görüşün təşəbbüsçüsü Fransa prezidenti Fransua Ollanddır.

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı