“Müsavat Partiyasının mitinqi noyabr ayının sonuna nəzərdə tutulur”. Bunu Modern.az-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib: “Mitinqin keçirilməsi ilə bağlı Müsavat Partiyasında müzakirələr davam edir. Müzakirələr bitdikdən sonra dəqiq məlumat vermək olar. Əgər söhbət siyasi məhbusların müdafiəsinə həsr olunan mitinqdən gedirsə, son qərarı danışıqlar nəticəsində vermək olar”.
Müsavatın Milli Şura ilə birgə mitinq keçirməsinə gəlincə, Gülağa Aslanlı deyib ki, bununla bağlı hər hansı müzakirə aparılmasından məlumatı yoxdur: “Milli Şuradan Müsavatla birgə mitinq keçirmək üçün müraciət də olunmayıb”.
Namidə BİNGÖL