Modern.az

ABŞ-dan dəstək: Hökumətin addımlarını alqışlayırıq

ABŞ-dan dəstək: Hökumətin addımlarını alqışlayırıq

Təhsil

23 Oktyabr 2014, 12:08

Amerika Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətinin dörd vətəndaş cəmiyyətinin fəalının azadlığa buraxılmasına dair 17 oktyabr tarixli və İnsan Haqqları üzrə Birgə İş Qrupunun fəaliyyətinin bərpasına dair 22 oktyabr tarixli qərarlarını alqışlayır.

Səfirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, açıqlama daha sonra qeyd edilib ki, ABŞ tərəfi ümid edirik ki, bu kimi ruhlandırıcı addımlar yerli və beynəlxalq QHT-in üzləşdiyi məhdudiyyətlərin aradan qaldırılması da daxil olmaqla, əlavə müsbət inkişafa təkan verəcək: "Biz Azərbaycanın daha sabit, təhlükəsiz və tərəqqiyə yönəlmiş dövlət olmaq arzusunu paylaşırıq. Əminik ki, bu kimi məqsədin əldə olunmasının ən yaxşı yolu Azərbaycan vətəndaşlarının – Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdə qeyd olunduğu kimi – bütün əsas hüquqlardan yararlanmaq təminatıdır". 

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı