
“Qəzetlərin bərpası ilə bağlı heç bir irəliləyiş yoxdur. Amma ümidimi tam itirməmişəm. Hələ ki özüm üçün yazıb-pozuram”. Bunu Modern.az-a fəaliyyəti dayanan “Ayna”-“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib.
O bildirib ki, yaxın vaxtlarda jurnalist Rauf Mirqədirovun işi ilə də bağlı istintaqa çağrılmayıb: “Rauf Mirəqdirovun işi ilə bağlı elə o vaxt istintaqa çağırıldığımdır. Müsadirə olunan kompüterimin prosessorunun geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət etsəm də, vermirlər. Səbəb kimi istintaq hərəkətlərinin davam etdiyi bildirilir”.
Qeyd edək ki, 1990-cı ilin avqust ayında “Ayna”-“Zerkalo” qəzetləri 2014-cü il may ayının əvvəlində dövriliyini azaldıb. Baş redaktor Elçin Şıxlı qəzetlərin bağlanması haqda qərar verib.
Gülşən RAUFQIZI