Modern.az

Almaniyanın xarici işlər naziri: “Qarabağ problemini unutmaq olmaz”

Almaniyanın xarici işlər naziri: “Qarabağ problemini unutmaq olmaz”

Təhsil

23 Oktyabr 2014, 13:17

“Azərbaycan bizim üçün strateji baxımdan Şərqlə Qərb arasında strateji məntəqə rolunu oynayır. Bizim Azərbaycanla iqtisadi, siyasi əlaqələrimiz inkişaf edir”.

Modern.az saytı xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib. O, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə bu gün keçirilən brifinqdə bildirib ki, “Cənub Qaz Dəhlizi” ilə bağlı məsələdə ölkəmizin rolu böyükdür. Onun sözlərinə görə, bu layihə çoxlu xərc tələb edir: “Azərbaycan həm də bizim üçün enerji baxımından önəmlidir”.

Almaniya XİN başçısı bildirib ki, Ukraynadakı konflikt rəsmi Berlini narahat edir: “Qarabağ problemini də unutmaq olmaz. Bu, Avropa üçün ciddi narahatlıqdır. Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçiriləcək görüşünün sülh danışıqlarında əhəmiyyətli rol oynayacağını düşünürük”.

Aqşin KƏRİMOV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı