
“Bəzi xarici media vasitələrinin Azərbaycanı təhqir etməsi normal deyil. Onlar Azərbaycana qarşı siyasi sifarişi yerinə yetirilər”. Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya xarici siyasət idarəsinin rəhbəri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi birfinqdə deyib. O bildirib ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət yaxşıdır.
Ştaynmayer isə bildirib ki, “İraq Şam İslam Dövləti” terror təşkilatı ilə mübarizədə təkcə humanitar yardımla kifayətlənmək olmaz. O, İŞİD-ə mübarizədə Almaniyanın kürd peşmərgə qüvvələrinə silahlı yardım göstərdiyini də vurğulayıb.
Aqşin KƏRİMOV