Tovuz rayonunda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də Zöhrə Niftəliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin Xatınlı kənd sakini İlham Əhmədovun idarə etdiyi at arabası ilə törətməsi müəyyən edilib.
Modern.az