Modern.az

Sinoptiklərdən xoş xəbər

Sinoptiklərdən xoş xəbər

Təhsil

23 Oktyabr 2014, 13:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-13, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, ciskin olacaq, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı