
Hamlet Salahov əslən Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndindəndir. Məcburi köçkünlük dövründə müxtəlif yerlərdə didərginlik həyatı yaşamış biridi. O, tibb sahəsində təhsilini başa vurub həkim kimi Biləsuvar rayonu ərazisində salınmıç məcburi köçkün qəsəbələrindəki xəstəxanada həkim işləyib. İmkansız ailələrə təmənnasız yardım edib.
Lakin bununla kifayətlənməyən Hamlet həkim təhsilini artırmaq və daha peşəkar olmaq üçün Türkiyənin İstanbul şəhərində "Ürək-damar cərrahiyəsi" üzrə imtahan verib və Azərbaycan birincisi olub. Təəssüf ki, imtahan verəndən sonra keçirdiyi avtomoobil qəzasında Hamlet həkimin aldığı kəllə-beyin travması və səhhətində yaranmış problemlər ona təhsilini davam etdirməyə imkan verməyib.
Hazırda isə Hamlet Salahovun əməliyyata ehtiyacı var. Amma maddi imkanı çox pisdir. Həkimlərin dediyinə görə, ən geci 1-2 ay müddətinə əməliyyat olunmasa, iflic ola bilər. Əməliyyat Türkiyədə həyata keçiriləcək və təkcə əməliyyat üçün 10.000 manat pul lazımdır. Həkimlərin qoyduğu diaqnoz belədir: qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, sol tərəfli motetil hemiparez, post travmatik nitq qüsuru minimal kəkələmə ilə.
Bu gün əvəllər başqalarına yardım əlini uzadan Hamlet Salahovun özünün köməyə ehtiyacı var. Düşünməyin ki, verdiyiniz 1-5-10 manat nəyisə dəyişməz. Dəyişər! Hər 1 manat köməkdir, irəliləyişdir. Düşünün, bu gün sizin verdyiniz 1 manat bir nəfərin həyatını xilas edəcək, hansı ki həmin adam sağaldıqdan sonra yüzlərlə insana həyat bəxş edə bilər.
Yardım etmək istəyənlər istənilən vaxt aşağıdakı insanlarla əlaqə saxlaya bilər.
Nəriman Əhmədov: 051 970 80 01 - Biləsuvar, İmişli, Beyləqan rayonları
Elmin Həmzə: 050 531 68 50 - Bakı şəhəri
Əlavə olaraq yardımı Salahov Elman İsib oğlunun adına bank hesabına da köçürə bilərsiniz.
AccessBank
001009241000654605 azn
001009242000347108 usd
Şəxsən Hamlet Salahovla əlaqə saxlamaq istəyənlərin nəzərinə onun şəxsi nömrəsi: 051 497 87 33