Nəsimi rayonu ərazisində yerləşən 1 saylı körpələr evinin qarşısında yeni doğulmuş körpənin aşkar olunması faktı ilə bağlı cinayət işi açılıb. Bu barədə Bakı şəhər prokurorluğundan Modern.az-a bildirilib. Məlumata görə, oktyabrın 22-də saat 14 radələrində tapılan uşağa körpələr evində həkimləri tərəfindən müvafiq tibbi yardım göstərilsə də, o, tələf olub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.