Modern.az

Dini Komitədə yeni mətbuat katibi

Dini Komitədə yeni mətbuat katibi

Təhsil

23 Oktyabr 2014, 15:45

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin olunub. Bu vaxtadək komitədə məsləhətçi vəzifəsində çalışan Yaqut Əliyeva bundan sonra qurumun mətbuatla əlaqələrini koordinasiya edəcək.

Y.Əliyeva BDU-nun Tarix fakültəsinin məzunudur. O, uzun müddətdir komitədə çalışır.

Modern.az-ın məlumatına görə, yeni mətbuat katibi bu gün Facebook-da KİV nümayəndələrinə müraciət edərək bildirib ki, Dini Komitəyə aid sulları artıq ona ünvanlasınlar.

Xatırladaq ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bundan əvvəlki mətbuat katibi Orxan Əli bir neçə gün öncə tutduğu vəzifədən azad edilib.


Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!