Modern.az

Əskişəhər valisi BDU-da olub - FOTO

Əskişəhər valisi BDU-da olub - FOTO

Təhsil

23 Oktyabr 2014, 16:20


Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Əskişəhər valisi Güngör Əzim Tunanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. BDU-dan Modern.az-a verilən məlumata görə, rektor qonağa universitet barədə ətraflı məlumat verib, elm və təhsil sahəsindəki fəaliyyətindən, beynəlxalq əlaqələrindən, o cümlədən Türkiyə universitetləri ilə əməkdaşlıqdan bəhs edib. Qonaq Güngör Əzim öz növbəsində Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından, Azərbaycanda və onun ən qocaman təhsil ocağında olmasından məmnunluğunu ifadə edib. Universitetin bir sıra laboratoriya və mərkəzləri ilə tanış olan qonaq, eyni zamanda, Yunis Əmrə Mərkəzində olub. Sonda nümayəndə heyətilə şəkil çəkdirilib, qonaqlara xatirə hədiyyələri təqdim olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı