Modern.az

Azərbaycanlı məmurun ailə üzvlərinin girov götürüldüyü TERROR...

Azərbaycanlı məmurun ailə üzvlərinin girov götürüldüyü TERROR...

Təhsil

23 Oktyabr 2014, 16:36

Məşhur hadisədən 12 il ötür

Bu gün Moskvanın “Nord-Ost” teatrında törədilmiş məşhur terror aktından 12 il ötür. 2002-ci il oktyabrın 23-də “Nord-Ost” müziklində tamaşanın gedişi zamanı zala daxil olan 23 yaşlı səhra komandiri Movsar Barayev və onun başçılıq etdiyi 40 nəfərlik çeçen döyüşçüdən ibarət qrup (döyüşçülərdən bəziləri çeçen qızları da var idi) tamaşaçı və teatr kollektivindən ibarət 900 nəfəri girov götürmüşdü.
Girovlar arasında 4 nəfər Azərbaycan vətəndaşı, o cümlədən “Azərbaycan Hava Yolları” Aviaşirkətinin (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva və qohumları da olub.

O zaman çeçenlərlə danışıqlara gedən C.Əsgərov AZAL-ın Moskvadakı nümayəndəsi Eldar Hacıyevlə birlikdə öz həyat yoldaşını və digər ailə üzvlərini girovluqdan qurtara bilmişdi. Terrorçular azərbaycanlı girovların hamısını oktyabrın 24-də axşam saatlarında azadlığa buraxmışdılar.

Müğənni İosif Kobzon, Dövlət Dumasının o zamankı vitse-spikeri İrina Xakamada, deputat Qriqori Yavlinski, jurnalist Anna Politkovskaya, İnquşetiyanın o zamankı prezidenti Ruslan Auşev, Rusiya Federasiya Şurasının Çeçenistandan seçilən üzvü Aslanbek Aslanbekov, ölkənin baş uşaq həkimi Leonid Roşal və Rusiya Sənaye-Ticarət Palatasının sədri Yevgeni Primakov terrorçularla danışıqlar aparmaq üçün Nord-Ost teatrına daxil olmuşdular. Onlar ümumilikdə 75 nəfər girovun, əsasən də azyaşlı uşaqların azad olunmasına və girovlara tibbi yardım göstərilməsinə nail olmuşdular.

Terrorçular Çeçenistandan Rusiya qoşunlarının çıxarılmasını tələb edirdilər, əks halda isə teatr binasını partladacaqları ilə hədələyirdilər.

Oktyabrın 26-da gecə saatlarında Rusiya xüsusi xidmət orqanlarının keçirdiyi qəfil əməliyyat nəticəsində “Nord-Ost” binası azad olundu, Movsar Barayevin başçılıq etdiyi 40 nəfərlik dəstə isə hamılıqla öldürülmüşdü.

Əməliyyat zamanı xüsusi zəhərli qazlardan istifadə edilyi üçün 130 girov da həyatını itirmişdi.

Çoxsaylı insan ölümü ilə nəticələnən xilasetmə əmliyyatı Rusiyanın beynəlxalq aləmdə tənqidlərlə üzləşməsinə səbəb olmuşdu.



Movsar Barayev (ortada)



Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı