Modern.az

Jurnalistlər Tovuzda cəbhə xəttindəki məktəbə getdilər - FOTOLAR

Jurnalistlər Tovuzda cəbhə xəttindəki məktəbə getdilər - FOTOLAR

Təhsil

23 Oktyabr 2014, 18:17

Təhsil və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə 30-a yaxın jurnalist oktyabrın 23-də cəbhə bölgəsinə səfər edib. Modern.az-ın məlumatına görə, jurnalistlər Tovuz rayonunun Hacaalı kənd orta məktəbində olub.
Məktəbin direktoru Mehriban Rüstəmova bildirib ki, bu il məzunların 9 nəfəri ali məktəbə və 3 nəfəri kollecə daxil olub.

“Düşmənlə sərhəddə yerləşməyimizə baxmayaraq, şagirdlərimiz dərslərində çox fəaldır. Elə vaxt olur ki, düşmən atəş açır və biz şagirdləri təhlükəsiz yerlərə aparmağa məcbur oluruq. Onları evə göndərə bilmirik. Atəş səngidikdən sonra valideynlərə zəng vururuq, gəlib uşaqları aparılar”

Rayon məktəblərinin 40 faizinin cəbhə xəttində yerləşdiyini bildirən Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseynova düşmən atəşindən zərər çəkmiş 17 məktəbin olduğunu deyib.

“Bütün bunlara baxmayaraq, belə bir şəraitdə bizim 700 bal toplayan şagirdimiz var. Son beş ildə 24 şagirdimiz müxtəlif ali hərbi məktəblərə daxil olub” - Validə Hüseynova deyib.







Rüfanə Günəş

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı