Modern.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası “Ulduz” Şokalad Fabriki ilə birlikdə “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edib.
I. Müsabiqənin istiqamətləri
Müsabiqədə istiqamətləndirici mövzular nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
Ø Azərbaycanın qida sektorunun dünəni və bu günü: problemlər və perspektivlər;
Ø Dünya qida sənayesində qənnadı məmulatları: şokolad və karamel istehsalı;
Ø Ulduz şokolad fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri;
Ø Dünya şokolad bazarında Azərbaycan malı;
Ø Azərbaycanın iqtisadi inkişafında özəl sektorun payı.
II. Mükafatlandırma
I yer (1 nəfər) – 800 manat;
II yer (2 nəfər) - 500 manat;
III yer (2 nəfər) - 300 manat.
Həvəsləndirici mükafat – 10 nəfər – 100 manat
III. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;
Müsabiqəyə 2014-cü ilin oktyabr ayının 25-dən noyabr ayının 25-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda “Azərbaycan Mətbuat Şurası və “Ulduz” Şokalad Fabrikinin “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusundakı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.
Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.
Müsabiqə üçün təqdim ediləcək materia müəllifin çalışdığı KİV-də verilməlidir.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.
IV. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.
Təqdimat zərfində yer almalıdır:
Müsabiqə üçün yazılar oktyabr ayının 25-dən noyabr ayının 25-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.
Modern.az