Əl Nusra silahlı dəstəsi İŞİD terrorçu təşkilatı ilə eyni inancda olmadığını bəyan edib. Modern.az saytının məlumatına görə “Əl-Cəzirə”yə danışan Əl Nusra rəsmis Əbu Miras Suri bildirib ki, onlar üçün İŞİD-lə döyüşmək Suriya prezidenti Bəşər Əsədlə savaşmaqdan daha önəmlidir.
“Öncəliklə, onu qeyd edək ki, İŞİD-in inancı xəvarici təriqətinə məxsus dünyagörüşüdür. . Biz Əhli Sünnətin etiqadını mənimsəyirik. Bizim İŞİD-lə ixtilafımız siyasi yox, inanc müstəvisindədir. Xəvaricilər sadəcə arzularının ardınca gedirlər. Bizim onlarla ittifaqımız mümkün deyil”,-deyə o qeyd edib.Əl Nusra yaraqlısı bildirib ki, İŞİD də onları “dindən sapmaqda” ittiham edir. “Buna görə də, onlar başlıca hədəflərinin biz olduğunu bəyan edirlər. Amma bütün bunlara baxmayaraq ABŞ başda olmaqla, koalisiya gücləri İŞİD-ə qarşı əməliyyat apardığı bir məqamda, onlar bizə (yəni İŞİD-red) hücum etməsələr, biz də ilk hücüm edən olmayacağıq. Qərb kafirlərinə dəstək olmamaq üçün biz bu addımı atmayacağıq”,-deyə Əbu Miras Suri söyləyib.
Qeyd edək ki, İŞİD-lə Əl Nusranın ittifaqda olması barədə iddialar mətbuatın gündəmindən düşmür.
Modern.az