Modern.az

Azay Quliyev: ”Gənclərin təklifləri araşdırılacaq və müvafiq addımlar atılacaq”

Azay Quliyev: ”Gənclərin təklifləri araşdırılacaq və müvafiq addımlar atılacaq”

Təhsil

23 Oktyabr 2014, 23:20


Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib. Modern.az xəbər verir ki, Millət vəkili gənclərin sayca üstünlük təşkil etdiyi görüşdə iştirak edən Şirvan sakinlərinin müraciət və şikayətlərinə baxıb, onların üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

Görüşdə Azay Quliyev Şirvanda həyata keçiriləcək layihələrin daha çox gəncləri əhatə etməsi istiqamətində  irəli sürülən təklif və təşəbbüslərin araşdırılacağını və  onların reallaşması üçün müvafiq addımlar atacağını bildirib. Görüşün sonunda millət vəkili gənclərin suallarını cavablandırıb, Şirvanda keçirilən fərdi inkişaf, karyera quruculuğu ilə bağlı təlimlərdə fərqlənən gənclərə sertifikatlar təqdim edib. Daha sonra Azay Quliyev Şirvan şəhər Sahib Zeynalov  küçəsində yerləşən binanın sakinləri ilə görüşüb  və onların problemlərini dinləyib. 

Görüşlərdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, şəhər Məşğulluq idarəsi, DSMF, təhsil şöbəsinin rəhbərləri də iştirak edib.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı