Modern.az

Sinoptiklər XƏBƏRDARLIQ edir

Sinoptiklər XƏBƏRDARLIQ edir

Təhsil

24 Noyabr 2014, 13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 25-də soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq.

Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda naharatlıq hissi yarada bilər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı