Modern.az

Xədicə İsmayılla bağlı daha bir bəyanat verildi

Xədicə İsmayılla bağlı daha bir bəyanat verildi

Təhsil

9 Dekabr 2014, 13:33


“125-lər Siyasi Klubu” “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbsini pisləyən bəyanat verib. Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:

“Son vaxtlar ictimai-siyasi mühitdə kifayət qədər fəal olan insanların azadlıqdan məhrum edilməsi və ya barələrində məhkəmə işinin aparılması vətəndaş təşəbbüsü olaraq təşkilatlanmış “125-lər Siyasi Klubu” nun üzvlərini də ciddi narahat edir.
 Bu günlərdə Azadlıq radiosunun əməkdaşı, özünün tənqidi yazıları ilə tanınmış Xədicə İsmayılın həbsi ölkədə fikir və ifadə azadlığına qarşı təzyiqlərin mövcudluğunu bir daha sərgiləyir. Bütün bunlar ölkəmizin demokratik inkişafına, beynəlxalq aləmdəki imicinə mənfi təsir göstərməklə daha ciddi problemlərimizin həllinə mane olur.
 Biz, “125-lər Siyasi Klubu” sivil və ədalətli mübarizənin ölkəmizin demokratik inkişafının yeganə yolu olduğuna inanaraq, vətəndaş həmrəyliyi, dialoq və barış, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə, həbsdə olan ictimai-siyasi fəalların azad edilməsini tələb edirik”.

Xədicə İsmayıl dekabrın 9-u səhər "Azadlq" radiosuna telefonla zəng edib.

Radionun yaydığı məlumata görə, Xədicə İsmayıl bildirib ki, hazırda saxlanma şəraitindən şikayəti yoxdur. Jurnalist həbsinin səbəblərinə də toxunub: “Mən möhkəməm, siz də möhkəm olun. Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq. Bu baş verdi və mən həbs olundum. Mənə qarşı irəli sürülən ittihamlar uydurmadır.  Çirkli və qara piar üçün nəzərdə tutulmuş ittiham irəli sürülüb. Bütün bunlara baxmayaraq mən möhkəməm. Bilirəm ki, sizə də asan deyil. Amma ruhdan düşməyin. İşinizi davam etdirin. Hər kəsin öz işini davam etdirməsi çox vacibdir. Həmkarlarımdan yeni-yeni araşdırmalar, hüquq müdafiəçilərindən yeni-yeni təşəbbüslər gözləyirik. İş davam etməlidir”.

Dekabrın 5-də Səbail Rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Qərar Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat jurnalist Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır. Tural Mustafayev oktyabrın 20-si Bakıda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd edib. İstintaq iddia edir ki, Tural Mustafayevi Xədicə İsmayıl özünü öldürmə həddinə çatdırıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı