Bu gün Afinada Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatının Parlament Assambleyasının 44-cü sessiyası öz işini davam etdirib. Sessiyada bir sıra mühüm məsələlər müzakirə olunub.
Bu barədə Modern.az saytına Azərbaycanın Qara Dəniz İqtidasi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, qurumun iqtisadiyyat komitəsinin sədri Musa Quliyev məlumat verib.O qeyd edib ki, baş katibliyə iki nəfər, Azərbaycan və Ukraynadan olan namizədlər irəli sürülüb:
“Səsvermədə 12 dövlətdən 57 deputat iştirak etdi. 57 deputatın 47-si Azərbaycanın namizədi Asəf Hacıyevə səs verdi. Bununla da, Asəf Hacıyev QDİƏT PA-nın baş katibi seçildi. Bu, Azərbaycan tarixində bir ilkdir. Bu, Azərbaycan diplomatiyasının, Azərbaycan xarici siyasətinin, Azərbaycan parlamentarizminin qələbəsidir. Bu Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasətin qələbəsidir. Bu münasibətlə xalqımızı təbrik edirəm”.
Musa Quliyev sonda bildirib ki, yalnız Ukrayna və Ermənistandan olan nümayəndələr Asəf Hacıyevin əleyihinə səs veriblər.
Namidə BİNGÖL