Modern.az

ABŞ kəşfiyyatının yeni işkəncə mexanizmləri ortaya çıxdı

ABŞ kəşfiyyatının yeni işkəncə mexanizmləri ortaya çıxdı

Təhsil

12 Dekabr 2014, 01:32


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 2001-ci il 11 sentyabr terrorundan sonra “Əl-Qaidə” üzvlərinə tətbiq etdiyi işkəncələrlə bağlı qalmaqal haqqında müzakirələr səngimir.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə işkəncə mexanizmləri ilə bağlı yeni detallar ortaya çıxıbş

Məlumata görə MKİ “Əl-Qaidə” üzvlərinə qarşı effektiv işkəncə proqramları hazırlayan şəxsləri proseslərə cəlb edib və bunun üçün onlara 81 milyon dollar pul verib.  

ABŞ Senatının kəşfiyyat məsələləri üzrə komitəsinin açıqlanan hesabata görə işkəncə mütəxəssisləri “Svigert” və “Dunbar” kod adları ilə tanınan Ceyms Elmer Mitçel və Bryus Cessen adlı psixoloqlardır.  

Hesabatda bildirilir ki, bu iki ekspert göstərdikləri xidmət çərçivəsində MKİ-yə hansı məhkuma necə işkəncə verilməsinə dair proqramlar hazırlayıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı