Sabah bəzi müxalifət partiyalarının rəhbərləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcəklər. Görüşdə KXCP, Azadlıq Partiyası, ADP, ALDP, VİP, Aydınlar və Ümid Partiyasının rəhbərləri iştirak edəcək. Özünü ən iddialı müxalifət partiyası hesab edən Müsavat isə bu görüşə qatılmayacaq.
Müsavatın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında belə bir görüşün indiki şəraitdə zəruri olmadığını dedi. “Müsavat Partiyası indiki halda iqtidarla keçiriləcək görüşdə iştirak etmək arzusunda deyil. Bununla bağlı fikrimizi əvvəlcədən də bildirmişik”.
Namidə BİNGÖL