Modern.az

Rusiyada iki azərbaycanlı axtarışa verildi - FOTO

Rusiyada iki azərbaycanlı axtarışa verildi - FOTO

Təhsil

12 Dekabr 2014, 13:06

Rusiya Federasiyası narkotiklərin dövriyyəsinə qarşı mübarizə xidmətinin Rostov vilayəti üzrə idarəsi narkotik qaçaqmalçılığına görə 2 nəfər azərbaycanlını federal axtarışa verib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlıların Rostov vilayətində axtarışa verilməsi nəticə vermədiyinə görə, onlar barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün federal axtarış başlanıb.

1972-ci ildə Yevlax rayonunun Salamabad kəndində anadan olan Əfrahim Nüsrət oğlu Həmidov axtarışa qədər Rostov vilayətinin Novoçerkassk şəhərində yaşayıb. Bir dəfə narkotik vasitə dövriyyəsinə görə məhkumluq həyatı yaşayan Həmidov eyni əməli yenidən törətdiyi üçün axtarışdadır.

Digər axtarışa verilən azərbaycanlı isə 1979-cu ildə Bakıda andan olan Samir Nadir oğlu Zahidovdur. Samir Zahidov da bundan əvvəl 2 dəfə müxtəlif maddələr üzrə məhkumluq həyatı yaşayıb.

Hər iki azərbaycanlı Rusiya vətəndaşıdır.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı