Modern.az

Bakı Ali Neft Məktəbində Heydər Əliyevin xatirəsi anıldı

Bakı Ali Neft Məktəbində Heydər Əliyevin xatirəsi anıldı

Təhsil

12 Dekabr 2014, 13:40

Dekabrın 12-də Bakı Ali Neft Məktəbində görkəmli siyasi xadim Heydər Əliyevin anım günü yad olunub. Bununla  əlaqədar olaraq Bakı Ali Neft Məktəbinin bütün auditoriyalarında, Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbələrə Heydər  Əliyevin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilib. Onun müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik şəxsiyyət kimi Azərbaycan tarixinə və xalqın yaddaşına əbədi həkk olunduğu bildirilib.

Həmçinin BANM-in tələbələrinə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən videoçarx nümayiş olunub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı