Modern.az

Heydər Əliyevin anım günü ilə bağlı ağac əkmə aksiyası keçirilib – FOTOLAR

Heydər Əliyevin anım günü ilə bağlı ağac əkmə aksiyası keçirilib – FOTOLAR

Təhsil

12 Dekabr 2014, 14:39
Mərhum prezident  Heydər Əliyevin anım günü ilə bağlı Nizami rayonunda “İRƏLİ” İctimai Birliyi, , “İDEA” İctimai Birliyi və Nizami Rayon İcra Hakimiyyətnin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Modern.az saytı xəbər verir ki, aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olub.

“İRƏLİ” İctimai Birliyi ağacəkmə aksiyasında aktiv iştirak edib. “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, millət vəkili Fuad Muradov, Nizami rayon İcra Hakimiyyətinin Başçısı Tahir Budaqov və gənclər öz növbələrində yaxından iştirak edərək ağaclar əkiblər.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı