Modern.az

Bakı Slavyan Universitetində Heydər Əliyevin xatirəsi anılıb

Bakı Slavyan Universitetində Heydər Əliyevin xatirəsi anılıb

Təhsil

12 Dekabr 2014, 16:35


Müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından on bir il keçir.  Bakı Slavyan Universitetində Ulu öndərin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib. Əvvəlcə BSU-nun rəhbərliyi, müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edərək Ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.

Bu baradə Modern.az-a BSU-nun mətbuat xidmətindən bilidiriblər.

Anım günü ilə əlaqədar olaraq ali təhsil müəssisəsində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Xalq Şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanan eyniadlı ədəbi-bədii kompozisiya təqdim olunub. BSU-da baş tutan növbəti mərasimdə Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra universitetin rektoru, professor Asif Hacıyev Heydər Əliyevin Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib:”Müasir Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daimyüksək qiymətləndirilir, əziz xatirəsi dərin ehtiramla anılır.

Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edildi. Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazandı.” Ümummilli liderin elm və təhsil sahəsinə göstərdiyi diqqətdən söhbət açan rektor onu da vurğulayıb ki, Heydər Əliyev tərəfindən yaradılmış Bakı Slavyan Universiteti bu gün Ulu öndərin ümidlərini doğruldur və onun arzu etdiyi yolla fəaliyyətini davam etdirir. Tədbirdə tanınmış jurnalist Etibar Babayevin müəllifi olduğu Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Zirvə”  adlı filmin nümayişi olub.

Mərasimdə BSU üzrə YAP təşkilatının sədri, dosent Aygün Hacıyeva, Beynəlxalq əlaqələr üzrə prorektor, millət vəkili, professor Sahibə Qafarova, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə attaşesi Əhməd Sami, dosent Aynur Bəşirli, baş müəllim Zümrüd Məlikova, magistrant Ülkər Ələsgərova və tələbələr Afaq Yusifli və Elşad Barat Heydər Əliyevlə bağlı çıxışlar edərək, bu dahi şəxsiyyətin qoyub getdiyi irsin bugünkü və gələcək həyatımız üçün əhəmiyyətindən danışıblar.

  MəltəmTalıbzadə                                       

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı