Slovakiya məhkəməsinin qərarı ilə ölkə prezidentinin 121 min avro dəyəri olan xidməti əmlakı müsadirə olunacaq. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, həmin əmlakın satılması nəticəsində toplanacaq 121 min avro prezident dəftərxanasından qanunsuz qovulan işçiyə kompensasiya kimi ödəniləcək.
2002-ci ildə prezident dəftərxanasının işçisi Ladislav Lizak işdən qanunsuz qovulması ilə bağlı məhkəmyə müraciət edib və prosesi udub. Prezident Rudolf Şusterin zamanında işdən azad olunan Lizak məhkəməni prezident İvan Qaşparoviçin dövründə udub. Məhkəmənin müəyyən etdiyi 121 min avroluq kompensasiyanı isə hazırki prezident Andree Kiskenin hakimiyyətdə olduğu müddətdə əldə etmək istəyir.Slovakiya məhkəməsinin qərarı ilə prezident dəftərxanasındakı əmlakın siyahıya alınması 2015-ci il martın 18-nə təyin olunub. Qeyd edək ki, ölkə qanunlarına əsasən dövlət orqanlarının fəaliyyə göstərməsinə mane olacağı halda əmlakın müsadirəsi qadağandır.
Modern.az